Həmin zəncirvarı qəzada yaralanan sürücü xəstəxanada öldü

13:29 24.02.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Göyçayda baş verən yol qəzasın ağır xəsarət alaraq Göyçay Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən Göyçayın Ləkçıplaq kənd sakini 22 yaşlı Şamil Yusifov bu səhər saatlarında dünyasını dəyişib.

Hafta.az xatırladır ki, fevralın 22-si gecə saatlarında Göyçay–Bərgüşad avtomobil yolunun rayonun Türkmən kəndi ərazisində üç minik maşınının toqquşması ilə nəticələnən zəncirvari yol qəzası baş verib.

Qəza zamanı 22 yaşlı Şamil Yusifov xəsarət alaraq avtomobildə sıxılmış vəziyyətdə qalıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb edilib. Əzilmiş metal konstruksiya kəsilərək xilas edilən sürücü Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Daxili İşlər Nazirliyinin Şəki regional qrupundan bildirilib ki, baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar Göyçay Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.